Zərdabda baş verən yol qəzasında xəsarət alan 2 nəfər (qadın) Zərdab Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozları təyin olunan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda pasiyentlərin Bakı şəhərinə təxliyə olunması üçün tədbirlər görülür.
-----------
Zərdab rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, minik avtomobili idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb.
Hadisə nəticəsində avtomobildə olan qadın sərnişin həyatını itirib.
Qəzada xəsarət alan digər şəxslər Zərdab Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)