ABŞ Prezidenti Donald Trampın 2028-ci il prezident seçkiləri ilə bağlı planları barədə yeni məlumat yayılıb.
"Vaşinqton Post"un məlumatına görə, Tramp özəl görüşlərdə Respublikaçı donorlarına vitse-prezident Ceyms Devid Vensin növbəti seçkilərdə qalib gəlməsini istədiyini bildirib.
İddialara əsasən, Tramp bu mövzuda "Biz Vensi seçdirməliyik" ifadəsini işlədib.
Bununla yanaşı, prezidentin müşavirləri bildiriblər ki, Tramp hələ öz siyasi varisi ilə bağlı yekun qərar verməyib. Məlumata görə, Ceyms Devid Vens və ABŞ dövlət katibi Marko Rubio arasında mümkün namizədliklə bağlı rəqabətin davam etməsinə şərait yaradılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)