Ermənistanda "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyana qarşı yeni ittihamlar irəli sürülüb.
Ermənistan mediasının məlumatına görə, bu barədə ölkənin İstintaq Komitəsi açıqlama yayıb.
Bildirilib ki, Tsarukyana qarşı irəli sürülən yeni ittihamlar 2,5 milyon dollar məbləğində vəsaitin qəsb edilməsi və çirkli pulların yuyulması ilə bağlıdır.
Qeyd edək ki, Qaqik Tsarukyan iyulun 7-də iki ay müddətinə həbs olunub. Ona xüsusilə külli miqdarda dələduzluğa kömək etmə və cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması maddələri üzrə ittiham irəli sürülüb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)