Alim Qasımov qızına duyğusal təbrik yazdı

6 Avqust 2026 15:57

Xalq artisti Alim Qasımov qızı Fərqanə Qasımova ilə bağlı paylaşım edib.

"Bakupost" xəbər verir ki, o, ad günü olan Əməkdar artist barədə yazıb:

"Doğum günün mübarək, qızım. Hər keçən yaş insan üçün yeni təcrübələr, fərqli həyatlar və anlarla dolur. Kainatın Rəbbinə duam isə Fərqanənin könlünə genişlik verməsi, qarşısına xeyirli insanları çıxarması və onu sevdiyi qullarının sevgisiylə rızqılandırmasıdır. Rəbbim ona dünya və axirət nemətlərinin ən gözəlini versin. Onun üzünü dünya və axirətdə güldürsün.

Rəbbim, qarşıda onu gözləyən şər və müsibət varsa, onu qaldır. İrəlidə qovuşacağı nemət varsa, onu da artır. Ruzisinə, ömrünə, gününə, vaxtına bərəkət ver. Fərqanə və balalarını xəyal daxil edə bilmədiyi küllü gözəlliklərə qovuşdur, Amin. Doğum günün mübarək olsun, Fərqanə".

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)