ABŞ Prezidenti: Lazım olsa, sursatları sürətlə istehsal edəcəyik

6 Avqust 2026 15:40

ABŞ-da xüsusilə bəzi növ döyüş sursatlarının kifayət qədər ehtiyatı mövcuddur. Zərurət yarandıqda isə bu sursatlar sürətlə istehsal edilərək ölkə daxilində təmin edilir.

Milli.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trump özünün "Truth Social" hesabında yazıb.

"ABŞ-ın müdafiə sənayesi şirkətləri ölkə tarixində görünməmiş sayda zavod və istehsal müəssisəsi inşa edir. Məxfi məlumatları sızdıran şəxslər müəyyən edilərək saxlanılır. Onlar uzunmüddətli həbs cəzası ilə üzləşəcəklər", - deyə Tramp bildirib.

Qeyd edək ki, daha əvvəl ABŞ-ın İranla münaqişə fonunda uzaqmənzilli idarəolunan raketlər və hava hücumundan müdafiə sistemləri üçün tutucu raket ehtiyatlarının azaldığı barədə məlumatlar yayılmışdı.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)