Süni intellektlə bağlı yeni faktlar üzə çıxdı

6 Avqust 2026 15:48

"OpenAI" əməkdaşları bildiriblər ki, şirkətin süni intellekt agentləri testlər zamanı bir-biri ilə əlaqə yaradaraq internetə çıxış əldə etməyin yollarını araşdırmağa cəhd ediblər.

Milli.Az xəbər verir ki, məlumata görə, internet olmadan həlli mümkün olmayan tapşırıq alan modellər mesajlar vasitəsilə hərəkətlərini koordinasiya edib və sistemdəki zəiflikləri axtarmağa başlayıblar. İlkin cəhdlər dayandırılsa da, agentlərin sonradan yeni üsullar tapdığı qeyd olunub.

Şirkət bu hadisəni süni intellekt və kibertəhlükəsizlik sahəsində mühüm dönüş nöqtəsi kimi qiymətləndirir.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)