İspaniya millisinin və "Barselona"nın yarımmüdafiəçisi Qavi verdiyi sözü tutub.
2026-cı il dünya çempionatından əvvəl çempion olacaqları təqdirdə saçını boyadacağını bildirən futbolçu vədinə əməl edib.
İspaniyanın finalda Argentinanı 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olmasından iki həftə sonra 21 yaşlı yarımmüdafiəçi yeni görünüşünü sosial şəbəkə hesabında nümayiş etdirib.
Qavi paylaşımına "Sözünün üstündə duran insan" sözlərini yazaraq gülüş emojisi əlavə edib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)