İranın qadınlardan ibarət futbol millisinin sabiq üzvləri Atifə Ramazanizadə və Fatimə Pəsəndidə Avstraliya vətəndaşlığı alıblar.
Məlumata görə, vətəndaşlığın verilməsi ilə bağlı mərasim Avstraliyanın Brisben şəhərində keçirilib və futbolçuların yeni statusu rəsmi şəkildə elan olunub.
Xatırladaq ki, 2026-cı ilin martında Avstraliyada təşkil olunan turnirdən sonra İran millisinin beş üzvü ölkələrinə qayıdacaqları təqdirdə həyatlarının təhlükə altında olacağını bildirərək Avstraliyadan sığınacaq istəyiblər.
Daha sonra həmin futbolçulardan üçü ailələrinə göstərilən təzyiqlər səbəbindən İrana qayıtsa da, Atifə Ramazanizadə və Fatimə Pəsəndidə geri dönməkdən imtina ediblər. Bu iki futbolçuya artıq Avstraliya vətəndaşlığı verilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)