Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi geri çağırılıb

6 Avqust 2026 13:48

Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.

Sərəncama əsasən, Fəxrəddin Nəcəf oğlu İsmayılov Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)