"Microsoft" dünya üzrə otellər, konfrans mərkəzləri və digər ictimai məkanlarda istifadə olunan Wi-Fi şəbəkələrini hədəf alan genişmiqyaslı kiberhücum kampaniyası aşkar etdiyini açıqlayıb.
Milli.Az xəbər verir ki, şirkətin bildirdiyinə görə, hakerlər istifadəçiləri saxta giriş səhifələrinə yönləndirərək brauzer və ya sistem yeniləməsi adı altında zərərli proqramlar yayırlar. Hücumların ictimai Wi-Fi şəbəkələrinə qoşularkən istifadə olunan giriş sistemlərini hədəf aldığı qeyd edilir.
"Microsoft" bu hücumların arxasında Storm-2945 qrupunun dayandığını və onun daha əvvəl də bir sıra kiberhücumlarla əlaqələndirilən Midnight Blizzard şəbəkəsi ilə bağlı ola biləcəyini iddia edir.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)