İran və Oman Hörmüz boğazı barədə razılığa gəlir

6 Avqust 2026 13:33

İran və Oman arasında Hörmüz boğazının yenidən açılması ilə bağlı razılaşmanın yaxın günlərdə elan ediləcəyi gözlənilir.

Milli.Az xəbər verir ki, bu barədə "Al Hadath" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına əsasən, tərəflər arasında əldə olunan razılaşmanın bir neçə gün ərzində açıqlanması mümkündür.

Bununla belə, sənədin qüvvəyə minməsi üçün İranın Ali Milli Təhlükəsizlik Şurasının təsdiqi tələb olunur.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)