"Azərbaycan Evro-Kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) fəaliyyətini dayandırıb.
Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetində yayımlanan məlumata görə, 2020-ci ilin fevralında təsis edilən şirkət ləğv olunduğunu elan edib.
Bildirilib ki, təşkilatın 300 min manat həcmində olan nizamnamə kapitalı BOKT-lər üçün müəyyən edilmiş minimum 1 milyon manatlıq tələbi qarşılamayıb. Bu səbəbdən Azərbaycan Mərkəzi Bankı şirkətə fəaliyyət lisenziyası verməyib.
Nəticədə "Azərbaycan Evro-Kredit" MMC-nin ləğvi ilə bağlı qərar qəbul edilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)