Bakıda ofisdə 51 yaşlı kişinin meyiti tapıldı

6 Avqust 2026 12:10

Bakıda ofisdə meyit tapılıb.

Milli.Az APA-ya istinadla xəbər verir ki, hadisə avqustun 5-də Nizami rayonunda qeydə alınıb.

Bakı şəhər sakini 1975-ci il təvəllüdlü Vüqar Xəlilovun meyiti işlədiyi Q.Qarayev prospekti 23-də yerləşən ev alqı-satqısı ofisində aşkarlanıb.

Meyitin üzərində zorakılıq əlamətləri görünməyib.

Araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)