Paşinyan Qırğızıstana səfər edib

6 Avqust 2026 11:50

Ermənistanın Baş naziri Nikol Paşinyan Qırğızıstana səfər edib.

Erməni mediasının yaydığı məlumata görə, Paşinyan Qırğızıstanın Çolpon-Ata şəhərində keçiriləcək Avrasiya Hökumətlərarası Şurasının növbəti iclasında iştirak edəcək.

Bildirilib ki, Ermənistan hökumət başçısının səfəri iki gün davam edəcək.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)