Gürcüstanda elektrik enerjisi təchizatı tam bərpa olunub.
"Gürcüstan Dövlət Elektrosistemi" SC-nin məlumatına görə, ölkədə ötən axşam yaranan elektrik enerjisi fasiləsi aradan qaldırılıb.
Bildirilib ki, qısa müddətli kəsintiyə "İnquri" Su Elektrik Stansiyasında aparılan yoxlama işləri səbəb olub.
Qeyd edək ki, həmin yoxlamalar iyulun 24-25-də Gürcüstanda baş vermiş genişmiqyaslı elektrik enerjisi kəsintiləri ilə əlaqədar həyata keçirilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)