Ağcabədidə ağır qəza: Sürücü hadisə yerində öldü

6 Avqust 2026 09:34

Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə zamanı idarəetmədən çıxan minik avtomobili yoldan çıxaraq qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 1986-cı il təvəllüdlü Eldəniz Musayev etibarnamə əsasında idarə etdiyi, Rüstəm Əliyevə məxsus "Naz Lifan" markalı avtomobillə Salmanbəyli kəndi istiqamətindən Ağcabədi şəhərinə gedərkən sükan arxasında nəzarəti itirib.

Nəticədə avtomobil əsas yoldan çıxıb. Qəza zamanı sürücü Eldəniz Musayev aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Avtomobildə sərnişin qismində olan nəqliyyat vasitəsinin sahibi Rüstəm Əliyev isə baş nahiyəsindən xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)