Bu gün "Qarabağ" Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiyev "Dinamo"su ilə ilk oyuna çıxacaq.
Milli.Az xəbər verir ki, Polşanın Lublin şəhərindəki "Lublin Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Matçı danimarkalı hakimlər briqadası idarə edəcək.
Bu komandalar arasında cavab oyunu 1 həftə sonra Bakıda olacaq. Cütün qalibi pley-offda "Tvente" (Niderland) - DAC 1904 (Slovakiya) cütünün üstün tərəfi ilə qarşılaşacaq.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)