ÇL: “Fənərbaxça” öz meydanında “Şturm”u məğlub edib

6 Avqust 2026 00:31

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Türkiyənin "Fənərbaxça" klubu Avstriya təmsilçisi "Şturm"u məğlub edib.

Milli.Az xəbər verir ki, İstanbulda keçirilən qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Cavab oyunu avqustun 11-də Avstriyada keçiriləcək.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)