Xəbər verdiyimiz kimi, Hollivud ulduzu Ceki Çanın baş rolda çəkildiyi "Tanrının zirehi 4: Ultimatum" ("Armour of God 4: Ultimatum") filminin bəzi səhnələri Azərbaycanda lentə alınır.
Milli.Az-ın məlumatına görə, aktyor bu gün İçərişəhərdə görüntülənib.
Avtomobili ilə şəhərdə gəzən Ceki Çan sevənlərini salamlayıb. Pərəstişkarları onunla görüşmək üçün avtomobilin qarşısına qaçıblar.
Qeyd edək ki, Ceki Çanın Bakıda təxminən 10 gün qalacağı gözlənilir. (Axşam.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)