Saxta pendir məhz bu üsulla bilinirmiş

5 Avqust 2026 21:53

Son dövrlərdə artan saxta pendir istehsalı həm qida təhlükəsizliyini, həm də istehlakçı sağlamlığını ciddi şəkildə təhdid edir. Kimyəvi qatqılar və bitki yağları ilə hazırlanan saxta məhsullardan qorunmaq isə düzgün detallara diqqət yetirməkdən keçir. Mütəxəssislər pendirin əsl, yoxsa saxta olduğunu başa düşmək üçün kritik ipucları verirlər.

Milli.Az xəbər verir ki, həqiqi pendirin tərkibi olduqca sadədir; yalnız süd, maya, duz və pendir mayasından ibarətdir. Tərkibi hissəsində "bitki yağı", "nişasta" və ya fərqli doldurucu maddələr varsa, həmin məhsuldan uzaq durmaq lazımdır. 

Toxuması və rəngi çox vacibdir
Təbii pendirlər həddindən artıq parlaq olmur; özünəməxsus ağ və ya açıq sarı çalarlarda olur. Kəsildikdə hamar ayrılan və ya təbii şəkildə ovulub tökülən pendirlərdən fərqli olaraq, elastik, plastikəbənzər bir hiss verən və ya kimyəvi qoxuyan məhsullar saxtakarlıq siqnalı verir. Həqiqi pendir ağızda tez əriyir və geridə xoş süd ətri buraxır. Əgər pendir çeynəyərkən saqqız kimi uzanırsa, həddindən artıq duzludursa və ya süni dad buraxırsa, saxta olma ehtimalı çox yüksəkdir.

Pendirin faydaları nələrdir?
Saxtalarından təmizlənmiş, təbii tərkibli pendirin bədənə bəxş etdiyi töhfələr saymaqla bitmir. Zəngin kalsium və fosfor tərkibi sayəsində sümük kütləsini qoruyur, irəli yaşlarda görülə biləcək osteoporoz (sümük əriməsi) riskini minimuma endirir. Tərkibindəki A vitamini, sink və təbii probiotiklər sayəsində həzm sistemini tənzimləyir, bədənin infeksiyalara qarşı müqavimətini artırır. Keyfiyyətli bir zülal mənbəyi olan pendir əzələ toxumalarının yenilənməsinə və güclü qalmasına kömək edir. Ehtiva etdiyi sağlam yağlar və zülal balansı sayəsində qan şəkərini sürətlə yüksəltmədən uzun müddət tox saxlayır və bədənin enerji ehtiyacını qarşılayır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)