Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az-ın məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 3 nəfər - 1999-cu il təvəllüdlü F.Aşurova, 1992-ci il təvəllüdü G.Aşurova, 2022-ci il təvəllüdlü M.Məmmədova xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)