Bakıda ticarət mərkəzində faciə: liftin şaxtasına düşüb öldü

5 Avqust 2026 19:04

Bakıda ticarət mərkəzində bədbəxt hadisə olub.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Nizami rayonu ərazisində yerləşən "Laçın" ticarət mərkəzində baş verib.

Burada çalışan şəxslərdən biri liftin şaxtasına düşüb. O, özəl klinikalardan birinə çatdırılsa da. həyatını xilas etmək mümkün olmayıb.

Araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)