Azərbaycan futbolunda iki klubun adı dəyişdirildi

5 Avqust 2026 17:42

I Liqada çıxış edən "Cəbrayıl", II Liqanın iştirakçısı "Quba" futbol komandalarının adları dəyişdirilib.

Peşəkar Futbol Liqasından Milli.Az-a verilən məlumata görə, artıq "Cəbrayıl" yarışlarda "Gəncəbasar", "Quba" isə "Hypers" adı altında mübarizə aparacaq.

Hər iki klubun ad dəyişikliyi ilə bağlı bütün sənədləşmə işləri başa çatdırılıb və zəruri sənədlər Peşəkar Futbol Liqasına təqdim edilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)