Abbas Arakçı Pakistana səfər edəcək

5 Avqust 2026 17:27

İranın xarici işlər naziri Abbas Arakçı Pakistana səfər edəcək.

Milli.Az-ın məlumatına görə, səfərin avqustun 7-də baş tutacağı bildirilib.

Məlumata əsasən, Arakçı İslamabadda Pakistanın yüksək vəzifəli şəxsləri ilə görüşlər keçirəcək.

Görüşlər zamanı iki ölkə arasındakı əlaqələr, regional təhlükəsizlik məsələləri və Yaxın Şərqdəki son proseslər ətrafında fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, Pakistan son vaxtlar İran və ABŞ arasında mümkün danışıqlar üçün vasitəçi rolunda çıxış edir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)