Pensiyalar bu tarixdə veriləcək

6 Avqust 2026 09:15

Avqust ayı üzrə Bakı, Sumqayıt və Abşeronda pensiyaların veriləcəyi tarix məlum olub.

Milli.Az-ın əldə etdiyi məlumata görə, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar avqustun 14-də ödəniləcək.

Xatırladaq ki, ötən ay da eyni tarixdə pensiyalar ödənilmişdi.

Respublikanın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının nə zaman veriləcəyi isə hələki dəqiqləşməyib. 

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)