"İlk 6 ay ərzində yalnız ana südü ilə qidalanan körpələrə əlavə su verilməsi tövsiyə edilmir".
Milli.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Aygün Məmmədova deyib.
Onun sözlərinə görə, ana südünün təxminən 80 faizi sudan ibarətdir və körpənin maye ehtiyacını ödəyir.
"Ana südündə olan su adi su deyil, bioloji maddədir və körpənin bədəninin su tələbatını ödəyir. İlk 6 ayda Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən yalnız ana südü verilməlidir. Bu dövrdə əlavə maye verməyi tövsiyə etmirik".
A.Məmmədova qeyd edib ki, ilk 6 ay ərzində ana südü körpənin enerji və maye ehtiyacını tam təmin edir.
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)