"Hər evdən 1000 manat istəyirlər" - Abşeronda nə baş verir?

5 Avqust 2026 15:14

Abşeron rayonunun Saray qəsəbəsində yaşayan sakinlər kommunal problemlərdən narazıdırlar.

Milli.Az xəbər verir ki, söhbət Məhərrəm Seyidov küçəsindən gedir. Sakinlərin sözlərinə görə, su tez-tez kəsilir, elektrik təchizatında isə davamlı problemlər yaşanır:

"Su, demək olar ki, mütəmadi olaraq kəsilir. Kanalizasiya xətti məhəllənin həm əvvəlində, həm də axırında mövcuddur. Şəbəkələrin arasında 500-600 metr məsafə olsa da, xəttin mənzillərə çəkilməsi üçün bizdən pul tələb olunur. Hər evdən 1 000 manat istəyirlər".

Sakinlərdən biri qeyd edib ki, elektrikdə yaranan nasazlıqlar səbəbindən kombisi sıradan çıxıb. Aidiyyəti qurumlara müraciət edilsə də, təmir işlərindən qısa müddət sonra problem yenidən təkrarlanır.

Məsələ ilə bağlı ADSEA-dan bildirildi ki, qeyd olunan küçədə su şəbəkəsi mövcud deyil. Ərazidə olan bütün işlər dövlət hesabına aparılır. Ona görə də vətəndaşlardan hər hansı ödəniş tələb edilməsi mövcud deyil. Yaşayış ərazisində şəbəkələrin inşası plana uyğun olaraq mərhələli şəkildə aparılır. 

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)