"Sumqayıt" transfer çalışmalarını növbəti keçidlə davam etdirib.
Klubun yaydığı məlumata görə, Premyer Liqa təmsilçisi braziliyalı yarımmüdafiəçi Lukas Bleki heyətinə cəlb edib.
26 yaşlı futbolçu ilə iki illik müqavilə imzalanıb. O, son olaraq Braziliyanın "Ferroviario" klubunda çıxış edib.
Lukas Blek yeni komandasında 55 nömrəli formanı geyinəcək.\
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)