"Qızıl top" mükafatına əsas namizədlərin son reytinqi açıqlanıb.
Milli.Az-ın Apasport.az-a istinadən yaydığı məlumata görə, siyahının zirvəsində "Mançester Siti" və İspaniya millisinin yarımmüdafiəçisi Rodri qərarlaşıb.
Reytinqdə ikinci yeri "Bavariya"nın hücumçusu Harri Keyn tutur. İlk üçlüyü isə "Barselona"nın gənc ulduzu Lamin Yamal tamamlayır.
Yenilənmiş ilk onluq belədir:
Rodri ("Mançester Siti", İspaniya)
Harri Keyn ("Bavariya", İngiltərə)
Lamin Yamal ("Barselona", İspaniya)
Kilian Mbappe ("Real Madrid", Fransa)
Lionel Messi ("İnter Mayami", Argentina)
Usman Dembele (PSJ, Fransa)
Erlinq Holand ("Mançester Siti", Norveç)
Cud Bellingem ("Real Madrid", İngiltərə)
Maykl Olise ("Bavariya", Fransa)
Vinisius Junior ("Real Madrid", Braziliya)
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)