ABŞ və Ermənistan TRIPP proqramını müzakirə etdi

5 Avqust 2026 14:22

Ermənistan və ABŞ nümayəndələri TRIPP proqramı çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Milli.Az xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-nin sülhməramlı missiyalar üzrə xüsusi elçisinin baş müşaviri Arye Laytstoun ilə görüş keçirib.

Tərəflər söhbət zamanı 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən Sülh Sammitindən sonra əldə olunan nəticələri yüksək qiymətləndiriblər.

Görüşdə Cənubi Qafqazda davamlı inkişafın təmin olunması üçün Ermənistan və Azərbaycan arasında sülhün əhəmiyyəti vurğulanıb. Həmçinin regionda sülh prosesinin irəliləməsinə xidmət edə biləcək mümkün addımlar ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)