Qurban Qurbanov: “İstədiyimiz futbolçuları komandaya dəvət edə biləcəyik”

5 Avqust 2026 13:54

"Qarabağ" heyətini gücləndirmək üçün transfer çalışmalarını davam etdirir.

Milli.Az xəbər verir ki, bunu Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiyev "Dinamo"suna qarşı keçiriləcək ilk oyun öncəsi mətbuat konfransında açıqlayıb.

Təcrübəli mütəxəssis bildirib ki, komanda yeni futbolçuların transferi istiqamətində iş aparır.

"Axtarışlarımız davam edir. Heyətə yeni oyunçular cəlb etmək niyyətindəyik. İnanıram ki, ehtiyac duyduğumuz futbolçuları komandaya gətirə biləcəyik", - deyə Qurbanov qeyd edib.

Qeyd edək ki, "Dinamo" (Kiyev) - "Qarabağ" qarşılaşması sabah Bakı vaxtı ilə saat 21:00-da Polşadakı "Lublin Arena"da keçiriləcək. Cavab görüşü isə avqustun 13-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)