"Yaponiyanın hərbi güclənməsinə səssiz qalmayacağıq"
Milli.Az xəbər verir ki, Şimali Koreya lideri Kim Çen İn Tokionun müdafiə sahəsində atdığı addımlara cavab veriləcəyini bildirib.
Onun sözlərinə görə, Pxenyan Yaponiyanın hərbi transformasiyasını diqqətsiz şəkildə izləməyəcək və ölkənin ordusu yeni hərbi tədbirlər hazırlayacaq.
"Şimali Koreya ordusu Tokionun son hərbi siyasətinə qarşı əlavə hərbi variantlar üzərində işləyəcək", - deyə Kim Çen İn qeyd edib.
Qeyd edək ki, iyulun 30-da Yaponiyanın Dəniz Özünümüdafiə Qüvvələrinə məxsus esmines ABŞ istehsalı "Tomahavk" qanadlı raketlərinin sınaq buraxılışını həyata keçirib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)