ABŞ istismardan çıxarılan 100 ədəd M60 tankını dəniz ekosisteminin bərpası layihəsi çərçivəsində Meksika körfəzinə yerləşdirib.
Milli.Az xəbər verir ki, ABŞ mediasının məlumatına görə, köhnə döyüş maşınları suya buraxılmazdan əvvəl ətraf mühit üçün təhlükə yarada biləcək yanacaq, yağ, sursat və digər materiallardan təmizlənib.
Qeyd olunub ki, proses aidiyyəti dövlət qurumlarının nəzarəti altında həyata keçirilib.
Məlumata əsasən, tankların zamanla mərcanlarla və müxtəlif dəniz canlıları ilə örtülərək süni riflərə çevrilməsi və balıqlar üçün yeni yaşayış mühiti yaratması nəzərdə tutulur.
Layihənin əsas məqsədinin dəniz biomüxtəlifliyinin qorunmasına və sualtı ekosistemin inkişafına dəstək vermək olduğu bildirilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)