Paşinyan köməkçisini vəzifəsindən azad etdi

5 Avqust 2026 12:06

Ermənistan Baş nazir Nikol Paşinyan Arsen Mixaylovu köməkçisi vəzifəsindən azad edib.

Milli.Az xəbər verir ki, Ermənistan hökumətinin başçısı bununla bağlı müvafiq qərarı imzalayıb.

"Dövlət qulluğu haqqında" Qanunun 9-cu maddəsinin 10-cu hissəsini rəhbər tutaraq, baş nazirin köməkçisi vəzifəsini icra edən Arsen Mixaylov vəzifəsindən azad edilsin", - Paşinyanın qərarında bildirilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)