Xalq artistinin hovuz fotosu gündəm yaratdı - Tənqidlərdən sonra sildi - (Foto)

5 Avqust 2026 11:50

Xalq artisti Şahnaz Haşımova sosial şəbəkədə paylaşdığı fotolarla gündəmə gəlib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, istirahətə yollanan müğənni hovuzda çəkdirdiyi şəkilləri instaqram hesabında izləyiciləri ilə bölüşüb. Çimərlik örtüyü ilə hovuza girən sənətçinin paylaşımı sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

İzləyicilərin çoxsaylı tənqid və mənfi rəylərindən sonra Şahnaz Haşımova sözügedən fotoları sosial şəbəkə hesabından silib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)