Bakının Yasamal rayonunda yerləşən "Məhsul" stadionu uzun müddətdir baxımsız vəziyyətdədir. Ərazini kol-kos bürüyüb, tribunalar yararsız hala düşüb və stadion demək olar ki, istifadəyə yararlı deyil.
Milli.Az xəbər verir ki, əvvəllər stadionun təmir ediləcəyi açıqlansa da, hazırda ərazidə heç bir yenidənqurma işi aparılmır. Yaxınlıqda yaşayan sakinlər isə vəziyyətdən narazıdır.
Onların sözlərinə görə, stadion vaxtilə uşaqların və böyüklərin idman və istirahət üçün istifadə etdiyi məkan olub. Sakinlər obyektin bərpa olunmasını istəyirlər.
Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyəti müraciətə münasibət bildirməyib.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)