Azərbaycan nefti ucuzlaşdı

5 Avqust 2026 09:54

Dünya bazarında Azərbaycan neftinin qiymətində eniş qeydə alınıb.

Milli.Az xəbər verir ki, "Azeri Light" (CIF) markalı neftin bir barelinin qiyməti 5,05 dollar və ya 5,2 faiz azalaraq 91,68 ABŞ dollarına düşüb.

Qeyd edək ki, sözügedən göstərici Azərbaycan neftinin beynəlxalq bazarlardakı qiymət dinamikasını əks etdirir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)