ABŞ-ın Kaliforniya ştatında yerləşən Tramp Milli Qolf Klubunun yaxınlığında silahlı şəxs saxlanılıb.
Xarici KİV-in məlumatına görə, federal agentlər klubun ətrafında şübhəli davranışlar sərgiləyən bir nəfəri nəzarətə götürüblər.
Yoxlama zamanı həmin şəxsin üzərindən tapança aşkarlanıb və o, saxlanılaraq istintaqa təhvil verilib.
Hazırda ABŞ Məxfi Xidməti saxlanılan şəxsin Prezident Donald Tramp üçün hər hansı təhlükə yaradıb-yaratmadığını araşdırır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)