Dünya bazarında neft qiymətlərində eniş qeydə alınıb.
"ICE London" birjasında keçirilən hərraclarda 2026-cı ilin oktyabr ayı üzrə "Brent" markalı neftin fyuçersləri 0,78 faiz ucuzlaşıb. Nəticədə bir barel neftin qiyməti 78,74 ABŞ dollarına düşüb.
Eyni zamanda, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin sentyabr ayı üzrə WTI markalı neftin fyuçerslərinin qiyməti də 0,94 faiz azalaraq bir barel üçün 75,06 ABŞ dolları təşkil edib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)