Təyyarəyə simsiz qulaqlıqla minmək qadağası gəlir - səbəb

5 Avqust 2026 02:02

Hər gün milyonlarla insanın istifadə etdiyi simsiz qulaqlıqlar təyyarədə qorxu dolu anlar yaşadıb. Sürix-Nyu-York reysini yerinə yetirən təyyarə həddindən artıq qızan qulaqlığın enerji yığma qutusundan çıxan tüstü səbəbindən Amerikanın Banqor şəhərinə məcburi eniş etməli olub. Səlahiyyətlilər lityum batareyalı cihazlarla təyyarələrə minməyin çağrısını ediblər.

Milli.Az xəbər verir ki, hər gün milyonlarla insanın istifadə etdiyi simsiz qulaqlıqlar bu dəfə təyyarə səfərində təhlükə yaradıb. İngiltərə mətbuatında yer alan xəbərə görə, Sürixdən Nyu-Yorka getmək üçün havaya qalxan sərnişin təyyarəsi kabində həddindən artıq qızan simsiz qulaqlıq qutusundan qalxan tüstü səbəbindən ABŞ-nin Men ştatındakı Banqor Hava Limanına təcili eniş etməli olub. Hadisədən sonra aviasiya səlahiyyətliləri lityum batareyalı elektron cihazlarla təyyarələrə minməmək barədə xəbərdarlıq ediblər.

İngiltərə Mülki Aviasiya İdarəsi (CAA) son dövrdə simsiz qulaqlıqlardan "powerbank"lərə qədər bir çox cihazda olan lityum-ion batareyalar səbəbindən baş verən hallarda ciddi artım olduğuna diqqət çəkərək sərnişinləri xəbərdar edib. Səlahiyyətlilər bu cür risklərin qarşısını almaq üçün lityum batareyalı cihazların yalnız əl yükündə daşınmalı olduğunu vurğulayırlar.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)