Türkiyənin "Trabzonspor" klubu dünya futbolunun ulduzlarından biri olan Məhəmməd Salahla anlaşıb.
Milli.Az xəbər verir ki, Trabzontəmsilçisi uzun müddətdir gözlənilən transferi yekunlaşdırıb.
Məlumata görə, misirli hücumçu "Trabzonspor"la rəsmi müqaviləyə imza atıb. Təcrübəli ulduzun sabah axşam saatlarında Trabzona gələcəyi gözlənilir. Məhəmməd Salahın yeni komandasında 11 nömrəli formanı geyinəcəyi bildirilir.
Qara dəniz təmsilçisinin bu nəhəng transfer üçün ayırdığı büdcənin təfərrüatı da dəqiqləşib. "Trabzonspor" misirli sağ cinah oyunçusuna 5 milyon avro imza haqqı ilə yanaşı, illik 17 milyon avro zəmanətli maaş ödəyəcək. Həmçinin razılaşmaya əsasən, satılacaq Məhəmməd Salah formalarının gəlirindən 25 faizlik pay oyunçuya veriləcək.
Xatırladaq ki, "Liverpul"un heyətində Premyer Liqa, Çempionlar Liqası, FIFA Klublararası Dünya Çempionatı, UEFA Superkuboku, İngiltərə Kuboku və Liqa Kubokunu qazanan Salah fərdi göstəriciləri ilə də tarixə düşüb. Premyer Liqada 4 dəfə bombardir olan, 2 dəfə mövsümün ən yaxşı futbolçusu seçilən misirli hücumçu "mersisaydlılar"ın heyətində keçirdiyi 442 rəsmi matçda 257 qol vurub və 123 məhsuldar ötürmə edib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)