Ceki Çanın Bakıda ilk görüntüləri (Video)

4 Avqust 2026 19:29

Xəbər verdiyimiz kimi, dünya şöhrətli aktyor Ceki Çan beynəlxalq "Tanrının Zirehi 4" ("Armor of God 4") filminin çəkilişlərinə başlamaq üçün Azərbaycana gəlib.

Milli.Az xəbər verir ki, əfsanəvi aktyorun Bakıda hava limanında lentə alınan görüntüləri sosial mediada yayılıb.

Qeyd edək ki, filmdə Ceki Çan yenidən macəraçı "Asiya Şahini" obrazını canlandıracaq. "Tanrının Zirehi 4" filminin premyerasının 2027-ci ildə baş tutacağı planlaşdırılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)