Naxçıvanda ağır qəza - 3 nəfər xəsarət alıb - (Foto)

4 Avqust 2026 18:55

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, "VAZ-2107" markalı minik avtomobili "KamAZ" markalı yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım briqadası tərəfindən Naxçıvan Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)