Sabahdan etibarən Azərbaycanın bəzi yaşayış məntəqələrində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Milli.Az-ın "Azəriqaz"a istinadən verdiyi məlumata görə, fasilə "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərlərində yeni çəkilmiş hissələrin mövcud kəmərlərə qoşulması ilə əlaqədardır.
Bildirilib ki, 5 avqust 2026-cı il saat 18:00-dan etibarən işlər başa çatanadək Samux, Şəmkir və Qazax rayonlarının bir sıra qəsəbə və kəndlərinə qazın verilişi dayandırılacaq.
Qaz təchizatında fasilə aşağıdakı yaşayış məntəqələrini əhatə edəcək:
Samux rayonu: Qaraağaclı, Qaraarx qəsəbələri, Yenikənd, Köbər, Qədili, Seyidlər və Sarıqamış kəndləri;
Şəmkir rayonu: Kür, Səməd Vurğun qəsəbələri, Mahmudlu, Keçili, Yeniabad, Çaparlı və Bayramlı kəndləri;
Qazax rayonu: Birinci Şıxlı, İkinci Şıxlı, Qaymaqlı, Kəmərli, Aslanbəyli və Yuxarı Salahlı kəndləri.
"Azəriqaz"dan bildirilib ki, təmir-qoşulma işləri başa çatdıqdan sonra qaz təchizatı texnoloji rejimə uyğun şəkildə mərhələli olaraq bərpa ediləcək.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)