Azərbaycan millisinin futbolçusu “İmişli” klubuna keçdi

4 Avqust 2026 14:50

"İmişli" heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan Milli.Az-a verilən məlumata görə, Premyer Liqa təmsilçisi 20 yaşlı mərkəz müdafiəçisi Əkbər Eyubovu mövsümün sonunadək icarə əsasında heyətinə qatıb.

Ötən mövsümü "Mingəçevir" klubunda keçirən Əkbər Eyubov Azərbaycanın U-21 yığmasının da üzvüdür.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)