Metro xəttləri ayrılır: Əvəzləyici avtobuslar ödənişli olacaq? - Rəsmi

4 Avqust 2026 14:13

Avqustun 15-dən Bakı metropoliteninin "Nizami" və "28 May" stansiyaları arasında fəaliyyət göstərəcək ekspress və digər sərnişin avtobuslarında gediş haqları hələ müəyyənləşdirilməyib.

Milli.Az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Bakı Metropoliteni QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, bununla bağlı hazırda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə danışıqlar aparılır:

"Hazırda bu məsələ ilə bağlı danışıqlar davam edir. Sərnişin yükü və marşrutun məsafəsi araşdırılır, qiymətlərlə bağlı müvafiq qiymətləndirmələr aparılır. Avqustun 15-dək danışıqlar başa çatacaq və gediş haqları açıqlanacaq."

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)