Naxcıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin edilib - Sərəncam

4 Avqust 2026 12:54

Anar Babayev Naxcıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.

Sərəncama əsasən, Anar Mehti oğlu Babayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)