Dənizdə batan gənc tələbə imiş

4 Avqust 2026 12:41

Bakı Mühəndislik Universitetinin tələbəsi dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, Niyaz Pirməmmədov universitetin Mühəndislik fakültəsinin "Elektrik və elektronika mühəndisliyi" ixtisasının II kurs tələbəsi idi.

Qeyd edək ki, 2005-ci il təvəllüdlü N.Pirməmmədov Bilgəh qəsəbəsində dənizdə çimərkən boğulub. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)