Pezeşkian istefa xəbərlərinə cavab verdi

4 Avqust 2026 12:36

İran Prezidenti Məsud Pezeşkian istefa verməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Milli.Az xəbər verir ki, Pezeşkian istefa xəbərlərini təkzib edərək bu iddiaları "tamamilə yalan və uydurma" adlandırıb.

İran lideri bildirib ki, ölkənin silahlı qüvvələri ilə tam koordinasiya şəraitində fəaliyyət göstərir və vəzifəsindən getmək niyyətində deyil.

"İstefa verməyəcəyəm və mövqeyimdə qalacağam. Əgər belə bir qərar qəbul etsəm, bunu rəsmi şəkildə açıqlayacağam", - deyə Pezeşkian vurğulayıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)