Venesueladakı zəlzələdə ölənlərin sayı 6 mini keçdi

4 Avqust 2026 11:28

Venesuelada baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 6125 nəfərə çatıb.

Milli.Az xəbər verir ki, bunu Venesuela parlamentinin sədri Xorxe Rodriges deyib.

O bildirib ki, axtarış-xilasetmə əməliyyatları zamanı 6462 nəfər isə xilas edilib.

Qeyd edək ki, iyunun 24-ü axşam saatlarında Venesuelada 7,2 və 7,5 bal gücündə iki zəlzələ baş vermişdi.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)